Ötən il Daxili Qoşunlar üçün uğurlu olub

Ötən il Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçün uğurlu olub. ADN-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında nazirlikdə keçirilən kollegiya iclasına dair məlumatda qeyd olunub.

Kollegiyada qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş, maddi-texniki bazası ilbəil güclənən, xidmət şəraiti, şəxsi heyətin sosial müdafiəsi davamlı olaraq yaxşılaşan Daxili Qoşunlar da 2011-ci ildə ictimai asayişin keşiyində ayıq-sayıq dayanıb. Hərbi qulluqçuların vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak edib. Ümumilikdə, polisin və Daxili Qoşunların şəxsi heyəti tərəfindən ölkənin müxtəlif yerlərində keçirilmiş 400-ə yaxın, o cümlədən 300-dən çox beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə asayiş və təhlükəsizliyin yüksək səviyyədə qorunub.

KATEQORIYA:
Bu xəbəri paylaş