“Otokar” 250 ədəd “Altay” tankının istehsalı üçün təklifini verdi

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə şirkəti olan “Otokar” 250 ədəd “Altay” tankının istehsalına dair təkliflərini Müdafiə Sənayesi Katibliyinə (SSM) təqdim edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Otokar” şirkəti məlumat yayıb.

Xəbərdə “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələ çərçivəsində 250 ədəd tankın istehsalı və bunların İnteqrə Logistik Dəstək işlərinə dair təklifin yanvarın 18-də SSM-ə təqdim olunduğu bildirilir.

“Şirkətimiz iə SSM arasında imzalanan “Milli İmkanlarla Modern Tank İstehsalı Layihəsi”nin birinci mərhələsində Türk Əsas Müharibə Tankının dizaynı və prototipin istehsalı müqaviləsi çərçivəsində həyata keçirilən fəaliyyətlərdə işlər davam edir. Prototipləin istehsalı tamamlanıb və layihədəki son mərhələ olan sistem kalifikasiyası və qəbul testləri hazırda davam etməkdədir”, – deyə “Otokar” şirkəti qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş