“Otokar” 65 milyon avro dəyərində müqavilə imzalayıb

Türkiyənin “Otokar” şirkəti iri məbləğdə satışın həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, şirkət satış həyata keçiriləcək ölkənin adını açıqlamaqdan isə imtina edib.

Məlumatda yalnız o qeyd olunub ki, “Otokar” ümumi məbləği 64,8 milyon avro dəyərində olan zirehli texnikanın yaxın vaxtlarda idxalçı quruma təqdim edəcək.

Müqaviləyə əsasən, sifarişin 2016-cı ilin sonuna qədər müştəriyə çatdırılması nəzərdə tutulub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş