“Otokar” 73 milyon dollarlıq ixracat müqaviləsi imzaladı

Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan xarici müştəri ilə daxili təhlükəsizlik maşınlarının və ehtiyat hissələrinin çatdırılmasına dair 73 milyon ABŞ dollar dəyərində müqavilə imzalayıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Otokar”ın ictimaiyyətlə əlaqələr platformasında məlumat verilib.

Akkreditasiya prosesi tamamlandıqdan, avans ödəməsi həyata keçirildikdən və gərəkli ixrac icazəsi alındıqdan sonra müqavilə qüvvəyə minəcək. Sifariş üzrə məhsulların çatdırılmasına cari ilin sonundan başlanılması və 2016-cı ilin ilk rübündə tamamlanması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş