“Otokar” Afrika ölkəsinə “Arma” 8×8 və “Cobra II” ixrac edəcək

“Otokar” Afrika ölkəsinə “Arma” 8×8 və “Cobra II” ixrac edəcək

Türkiyənin “Otokar” şirkəti adını açıqlamadığı bir Afrika ölkəsi ilə 8×8 təkər formuluna malik “Arma” və 4×4 təkər formuluna sahib “Cobra II” zirehli nəqliyyat vasitələrinin ixracına dair müqavilə imzalayıb.

“Otokar” şirkətindən “Azeri Defence”ə verilən məlumata görə, müqavilənin ümumi dəyəri 110 milyon ABŞ dolları təşkil edir. Bu, Afrikadan sfariş verilən ilk “Arma” 8×8 sifarişidir.

“Otokar” müqavilədə nəzərdə tutulan zirehli maşınların tədarükünə 2021-ci ildə başlayacaq və 2022-ci ilin sonuna qədər tamamlanacaq.

“Otokar” şirkətinin Baş direktoru Sərdar Görgüc bildirib ki, bütün haqları və müəllifliyi “Otokar”a aid olan zirehli maşınlar bu gün beynəlxalq arenada seçilir. “Bu sifarişlə birlikdə “Arma” 8×8 maşınımız ilk dəfə Afrika yolçusu olacaq, Afrika qitəsində istifadə ediləcək. Bu yeni sifarişin daha əvvəl ixracat həyata keçirdiyimiz bir ölkədən olması bizi ayrıca qürurlandırır. İstifadəçilərimizin inventarında yer verdiyi və məmnun qaldığı maşınlarımız yeni sifariş üçün referans oldu. 4×4 və 8×8 təkər formuluna malik taktik təkərli zirehli maşınlar üçün “Otokar”ı seçdilər”.

“Otokar”ın zirehli maşınları hazırda 35-dən çox ölkədə 50-dən çox istifadəçinin istifadəsində yer alır. Öz sinfində dünyanın sayılan maşınları arasında qəbul edilən “Otokar”ın zirehli maşınları manevr qabiliyyəti, qoruma səviyyəsi və yaşama qabiliyyəti ilə diqqət çəkir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş