“Otokar” “Arma”nı Bolqarıstanda sərgiləyir

“Otokar” “Arma”nı Bolqarıstanda sərgiləyir

Türkiyənin “Otokar” şirkəti Bolqarıstanın Plovdiv şəhərində bu gün işə başlayan HEMUS-2020 sərgisində iştirak edir.

Azeri Defence saytının məlumatına görə, oktyabrın 3-dək davam edəcək sərgidə “Otokar” şirkəti 8×8 təkər formuluna malik “Arma”nı nümayiş etdirir.

“Koç” qrupuna daxil olan “Otokar”ın 32 mindən çox hərbi nəqliyyat vasitəsi hazırda dünyanın 35-dən çox ölkəsində 50-dən çox fərqli qurum tərəfindən istifadə edilir.

Şirkətin baş direktoru Sərdar Görgüc bildirib ki, nəqliyyat vasitələrinin uğuru həmişə yeni sifarişlər üçün bir istinad olub. “Hazırda “Otokar” 4×4 təkər formulundan 8×8 təkər formuluna sahib nəqliyyat vasitələrindən qüllə sistemlərinə qədər geniş məhsul portfelinə malikdir. Yerüstü sistemlərimii inkişaf etdirərkən ilk prioritetimiz mövcud və gələcək təhdidləri nəzərə alaraq istifadəçilərimizin ehtiyac və arzularını qarşılamaqdır. “Otokar” olaraq, Bolqarıstan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək və bölgənin ehtiyaclarına uyğun yarana biləcək əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik”

8×8 “Arma” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uygundur.

KATEQORIYA:
Bu xəbəri paylaş