“Otokar” BƏƏ-yə 661 milyon dollarlıq zirehli texnika satacaq

Türkiyənin “Otokar” və BƏƏ-nin “Tawazun” şirkətinin birgə müəssisəsi olan “Əl Jasoor” (Cəsur) şirkəti BƏƏ Silahlı Qüvvələri ilə 8×8 “Arma” zirehli transportyorunun istehsalına dair müqavilə imzalayıb.
“AzeriDefence”nin məlumatına görə, İDEX-2017 sərgisi çərçivəsində imzalanan müqavilənin dəyəri 661 milyon ABŞ dolları təşkil edir.
BƏƏ-də istehsal edilən maşın “Rabdan” adlanacaq.
Zirehli transportyorun bir qismi Rusiya istehsalı olan və BMP-3 piyada döyüş maşınlarının qülləsi ilə təchiz olunacaq. Sərgidə “Rabdan” məhz qeyd edilən qüllə ilə nümayiş olunub.
“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç “AzeriDefence”yə açıqlamasında bildirib ki, bu müqavilə “Otokar”ın bir imza ilə ən böyük ixracatıdır. Maşın dünyanın aparıcı şirkətlərinin də qatıldığı seçimdə uzun sürən testlərdən sonra seçilib. Müqavilə çərçivəsində 700 -dən çox zirehli transportyorun BƏƏ Silahlı Qüvvələrinə çatdırılması nəzərdə tutulur.
 
KATEQORIYA:
Bu xəbəri paylaş