“Otokar” ilə ixracatla başladı

Türkiyə müdafiə sənayesində ən böyük özəl sərmayəli şirkəti olan “Otokar” yeni bir ölkə ilə 2012-ci ilin ilk ixracat müqaviləsini imzalayıb. Dəyəri 12.5 milyon ABŞ dolları təşkil edə razılaşmaya 4×4 “Cobra” tipli taktik təkərli zirehli nəqliyyat vasitələri və onların ehtiyat hissələri, həəmçinin istofadəçi heyətə təlimin keçilməsi daxildir. “Otokar” çatdırılmanı 2012-ci ilin birinci rübündə həəyata keçirəcək.

“Cobra”lar BMT-nin mandatı altındakı qüvvələrdə istifadə ediləcək. Bununla bağlı açıqlama verən “Otokar” baş direktoru Sərdar Görgüç qeyd edib ki, 4×4 “Cobra” ZTR-ləri Türkiyə müdafiə sənayesini bütün dünyada müvəffəqiyyətlə təmsil etməkdə davam edir: ““Cobra” bu gün öz sinifində dünyanın ən çox tanınan və seçilən zirehli transportyorlarından biridir. Xüsusi türk dizaynı olan, türk mühəndisliyinin və türk işçisinin əməyi ilə ortaya çıxaan bir nəqliyyat vasitəsinin beynəlxalq arenada əldə etdiyi bu müvəffəqiyyət bizi qürurlandırır”.

KATEQORIYA:
Bu xəbəri paylaş