OTOKAR şirkəti 2019-cu ildə ixracatını 78% arıtıb

OTOKAR şirkəti 2019-cu ildə ixracatını 78% arıtıb

Türkiyənin “Koç” Qrupunun şirkətlərindən olan “Otokar”ın 2019-cu ildə gəlirləri 45% artaraq 2.4 milyard lirə təşkil edib. İxracatını 2018-ci ilə nisbətən 78% artıran şirkətin mənfəəti 114% artımla 352 milyon lirə olub.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc 2019-cu ildə həm dünyada, həm də Türkiyə iqtisadiyyatında yaşanan çətinliklərə baxmayaraq uğurla dəf edildiyini, ticari və hərbi nəqliyyat vasitələri bazarında mövqelərini möhkəmləndirdiklərini bildirib.

“Strategiyamızı ixracatımızı artırma və qloballaşma olaraq müəyyən etdik. Davam edən böyüməmizi qorumaq məqsədimizdir. 2019-cu ildə ixracatımızı 78% artıraraq 340 milyon ABŞ dollarına, ixracın gəlirlərimizdəki payını 80%-ə çatdırdıq”, – deyə Görgüc bildirib.

“Otokar”ın fəaliyyət göstərdiyi ölkələrdə yerli şirkətlərin açılması istiqamətində işlər apardığını bildirən Sərdar Görgücün sözlərinə görə, “Otokar” xaricdəki dördüncü şirkətini ötən il Qazaxıstanda qurub: “Hazırda hərbi və ticari məhsullarımızın aktiv şəkildə istifadə edildiyi Qazaxıstan və Orta Asiya bölgəsində yeni şirkətimizlə birlikdə məhsulların yaradılması, yerli iş ortaqlıqları, yerli istehsal, texnologiya transferi kimi imkanlar dəyərləndirilir”.

Sərdar Görgüc son 10 ildə elmi-tədqiqat fəaliyyətləri ilə dünya bazarında yüksəlişə davam edən “Otokar”ın yeni texnologiya və tətbiqlərlə önəmli addımlar atdığını söyləyib. Şirkət rəhbərinin sözlərinə görə, qoyulan investisiyalar, mühəndislik və istehsal qabiliyyəti, istifadəçilərin tələblərinə uyğun istehsal sayəsində sektorda öncül mövqeyə yüksəlib: “Ötən il Türkiyənin ilk elektrik mühərrikli zirehli maşını “Əqrəb IIe”ni yaradıb tanıtdıq. Bu məhsullarımız “Otokar”ın elektrik, dizel və hibrid yanacaqlardakı təcrübəsinin artıracaq, avtonom maşınlara keçid prosesini sürətləndirəcək. Gələcəyə hazır və gələcəyə istiqamət verən bir şirkət ola bilmək üçün çalışmağa və yatırımlara davam edəcəyik”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş