“Otokar” şirkəti “Tulpar” PDM-in atış sınaqlarını tamamlayıb

“Otokar” şirkəti “Tulpar” PDM-in atış sınaqlarını tamamlayıb

Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Tulpar” piyada döyüş maşınının (PDM) atış sınaqları tamamlanıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə “Otokar” şirkəti özünün sosial media hesabında məlumat yayıb.

Məlumatda Şərəflikoçhisar poliqonunda keçirilən atış testlərinin uğurla tamamlandığı bildirilib.

Şirkətin paylaşdığı videogörüntüdə yüksək sürətlə hərəkət edən “Tulpar” piyada döyüş maşınının 25 mm avtomat topdan hədəflərə atəş açdığı görünür.

Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur. Maşının ağırlığı 32 ton, yedən hündürlüyü 450 mm, heyəti 3 nəfərdir. “Tulpar”ın desant bölməsində 9 nəfər yerləşir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərriklə təchiz olunmuş zirehli maşının maksimum sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş