“Otokar” Yaxın Şərq ölkəsinə 40 ədəd zirehli maşın ixrac edib

“Otokar” Yaxın Şərq ölkəsinə 40 ədəd zirehli maşın ixrac edib

Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan Yaxın Şərq ölkəsinə 40 ədəd “Arma” 8×8 təkər formuluna malik zirehli maşın ixrac edib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Bundan üç gün əvvəl “Otokar” xarici müştəri ilə imzalanmış müqavilə çərçivəsində istehsal olunan nəqliyyat vasitələrinin gömrük prosedurlarını tamamladığını və sözügedən ölkəyə yola salındığını bildirib.

“Arma” 8×8 zirehli maşını üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşınlar orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma” 8×8  döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir.

Döyüş ağırlığı 24000 kq olan maşın 6 silindirli, su soyutumalı turbo dizel mühərrikə sahibdir və 336 at gücündədir. Maşının yanacaq çəni 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşyır. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb.

“Arma” 8×8 modelinin zirehli personal daşıyıcı, zirehli döyüş maşını, minaatan maşını, aşağı və orta yüksəklikdə hava hücumundan müdafiə maşını, istehkam maşını, zirehli təxliyyə, komanda nəzarət, KBRN kəşfiyyat və kəşfiyyat maşını kimi fərqli tapşırıqlara uyğun versiyaları mövcuddur. “Arma” 8×8 maşınları deşilən təkərləri mərkəzi təkər doldurma sistemi (CTİS) ilə bərba edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş