“Otokar”a 60 milyon TL-lik sifariş

“Otokar” şirkəti 60 milyon Türk lirəsi həcmində sifariş alıb. Bu barədə “AzeriDefence” Türkiyənin İcitmaiyyəti Məlumatlandırma Platformasına istinadən məlumat yayıb.

Sifariş çərçivəsində “Otokar” Türkiyədə daxili təhlükəsizliyin təmin olunmasında istifadə üçün 4×4 təkər formuluna malik “Cobra” tipli zirehli nəqliyyat vasitəsi və Zirehli Personal Daşıyıcıların çatdırılmasını həyata keçirəcək.

Çatdırmalar 2012-ci ilin sonunadək partiyalar halında həyata keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş