Otokara daha bir Cobra sifarişi

Otokar şirkəti Türkiyə Silahlı Qüvvələrindən 53 milyon TL dəyərində sifariş alıb. “AzeriDefence”nin məlumatına görə, sifariş “Cobra” tipli zirehli nəqliyyat vasitələrinin çatdırılmasını əhatə edir.

Müqavilə çərçivəsində nəqliyyat vasitələri 2013-cü il içində təhvil veriləcək. Bu nəqliyyat vasitələri daxili təhlükəsizlik tədbirlərində istifadə olunacaq.

Qeyd edək ki, “Cobra” hazırda 10-dan artıq ölkənin silahlı qüvvələri tərəfindən istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş