“Otokar”ın “Cobra”ları Qazxıstan Ordusunun təlimində – FOTO

Qazaxıstan Silahlı Qüvvələrinin Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra” tipli zirehli nəqliyyat vasitələri bu günlərdə keçirilən təlimlərdə sınaqdan çıxarılıb. Bu barədə “AzeriDefence” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Maşınlar Qazaxıstan xüsusi təyinatlı qüvvələrinin (Aeromobil Qoşunların) “Spassk” mərkəzində keçirilən təlimlərində istifadə olunub. Nəqliyyat vasitələri desantların çıxarılması ilə yanaşı onlara atəş dəstəyini həyata keçirib, həmçinin maneələrin dəf edilməsi, şərti rəqibin məhvi əməliyyatlarında özünü doğruldub.

Təlimdə “Cobra”larla yanaşı T-72 əsas müharibə tankları, BTR-80A və BTR-82 transportyorları da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş