“Otokar”ın zirehli maşınları ASELSAN-ın “Sarp” döyüş modulu ilə silahlandırılır

Türkiyənin ASELSAN və “Otokar” şirkətləri arasında SARP silah sisteminin tədarükünə dair 35 milyon 640 min avro dəyərində müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən “Otokar” zirehli nəqliyyat vasitələri ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılacaq. ASELSAN Türkiyə Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün SARP uzaqdan idarə olunan silah sisteminin istehsalın həyata keçirəcək. Müqavilə çərçivəsində sifarişin təhvili 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, ASELSAN-ın SARP döyüş modulu üzərində 12.7 mm və ya 7.62 mm-lik pulemyot , yaxud 40 mm-lik avtomatik qumbaraatan yer ala bilir. döyüş modulunun sursat ehtiyatı 12.7 mm çaplı pulemyot üçün 400 patron, 7.62 mm çaplı pulemyot üçün 1000 patron, 40 mm-lik qumbaraatan üçün 96 qumbaradır. Döyüş modulu -30/+60° bucaq altında yüksəklikdəki hədəflərə atəş açmağa imkan verir. Sistem hərəkət halında belə hədəflərə yüksək dəqiqliklə atəş açmaq, gecə və gündüz görmə, hədəfin avtomatik şəkildə təqibi, balistik hesablama, məsafə ölçmə, kompüter bazalı atış-kontrol funksiyaları, sursatın bitməsi barədə xəbərdarlıq və digər özəlliklərə sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş