Özbəkistan müasirləşdirilmiş T-64MV tankının sınaqlarını başa çatdırıb

Özbəkistan müasirləşdirilmiş T-64MV tankının sınaqlarını başa çatdırıb

Özbəkistanın Müdafiə Nazirliyinin zirehli tank təmiri zavodunun istehsal bazasında T-64 tanklarının əsaslı təmiri və müasirləşdirilməsi həyata keçirilib.

Bu barədə Azeri Defence saytına Özbəkistanın Müdafiə Sənayesi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müasirləşdirmə zamanı T-64 tankında mövcud V-84 mühərriki daha müasir və 5TDF mühərriki ilə əvəz edilb. Yeni mühərrikin gücü əvvəlki ilə müqayisədə 140 at çoxdur. Bundan başqa, ekipajın mühafizəsi üçün tankın korpusu əlavə zirehlə güclədirilib, qoruyucu barmaqlıq və dinamik qoruyucu lövhələr quraşdırılıb. Rabitə vasitələri yenilənmiş tank Özbəkistanda istehsal edilən “Hytera” markalı rəqəmsal rabitə vasitələri ilə təchiz olunub.

Sınaqlardan uğurla keçən müasirləşdirilmiş T-64MV tankının texniki xüsusiyyətləri T-72 tankına yaxınlaşdırılıb. Özbəkistan Ordusunun silahlanmasında yer alan bütün T-64 tanklarının hamısının T-64MV səviyyəsində müasirləşdirilməsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş