Özbəkistan PUA istehsalına başlayır

Özbəkistan PUA istehsalına başlayır

Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi tərəfindən pilotsuz uçucu aparatlarının istehsalı planlaşdırılır.

“AzeriDefence”nin “Fergana.news” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Özbəkistan hökuməti tərəfindən qərar layihəsi hazırlanır.

Hökumətin qərarına əsasən, Mərkəz birbaşa tender keçirmədən istehsalçıdan ən yaxşı təkliflərin seçilməsi yolu ilə dəstləşdiricilər və ehtiyat hissələr ala biləcək, İdxal və ixrac edilən komponentlərin gömrük rüsumlarından (dövlət rüsumlarından başqa) azad ediləcəyi güman olunur.

Mərkəzə səlahiyyətli dövlət orqanlarının sifarişləri əsasında məhsulu satmaq və onu ixrac etmək hüququ veriləcək.

İlk dronların istehsalına 2020-ci ilin sentyabrında başlanması və 2022-ci ilə qədər PUA -ların və onların komponentlərinin (elektron, naviqasiya və optik qurğulardan başqa) istehsalının tamamilə lokallaşdırılması planlaşdırılır.

Özbəkistan mediasında yer alan məlumata görə, PUA-ların istehsalı Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi və Çinin “Shenzhen BShark Technologi Limited” şirkətinin təsis etdiyi “BSharkuz” birgə müəssisəsində həyata keçiriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş