Özbəkistan zirehli maşınların istehsalına başlayır

Özbəkistan zirehli maşınların istehsalına başlayır

Özbəkistanın Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Kran və Maxsus Texnikalar” (Kran və Xüsusi Texnikalar) müəssisəsi 4×4 təkər formuluna malik “Tarlon” adlı yüngül zirehli nəqliyyat vasitəsinin təcrübi nümunəsini istehsal edib.

Bu barədə Azeri Defence saytına Müdafiə Sənayesi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Şəxsi heyətin daşınması, təhlükəli ərazilərdə əməliyyatların icrası, mobil qrupların və blokpostların atəş dəstəyi üçün nəzərdə tutulan “Tarlon” heyəti güllələrdən və partlayışların təsirindən müdafiə edir.

Sürücü, komandir və desant daxil olmaqla, 9 əsgər götürə bilən zirehli maşın NATO STANAG Level 3+ (QOST 34282-2017 (BR 4)) səviyyəsinə cavab verir. 285 at gücündə dizel mühərriklə təchiz olunmuş zirehli maşının gediş ehtiyatı 785 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş