Özbəkistanın müdafiə naziri Azərbaycan MSN-nin müssisələrində olub

Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin (MSN) “İqlim” Elmi İstehsal Müəssisəsində və Bakı “Cihazqayırma” zavodunda olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verilib. Sonra qonaqlar bir neçə məmulatın istehsal prosesini izləyiblər.

KATEQORIYA:
Bu xəbəri paylaş