Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub

Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Bu barədə “AzeriDefnece”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.

KATEQORIYA:
Bu xəbəri paylaş