Özbəkistanın Rusiyadan alacağı hərbi məhsulların siyahısı müəyyənləşib

Özbəkistan Müdafiə Nazirliyinin Rusiyadan alacağı hərbi texnika və silah-sursatın siyahısı müəyyən olunub.

“AzeriDefence” “Kommersant” qəzetinə istinadən xəbər verir ki, siyahıda əsasən döyüş və nəqliyyat helikopterləri, “Su-30SM” döyüş təyyarələri, müxtəlif təyinatlı zirehli döyüş maşınları, atıcı silah və sursatlar yer alır.

Qəzet yazır ki, cari ilin avqust ayında Özbəkistan güc strukturlarının yüksək rütbəli nümayəndə heyəti “İrkutsk” aviasiya zavodunda olublar. Zavodda istehsal olunan məhsullarla yaxından tanış olduqdan sonra, gördüklərindən razı qalıblar.

Həmçinin qəzet onu da qeyd edib ki, əvvəlki illərlə müqayisədə, bu il Özbəkistanın almaq istədikləri hərbi texnika və silah-sursat siyahısı kifayət qədər böyükdür.

KATEQORIYA:
Bu xəbəri paylaş