Özbəkistan Airbus С295 hərbi-nəqliyyat təyyarəsi aldı

Özbəkistan dünyanın tanınmış hərbi-nəqliyyat təyyarəsi istehsalçısı olan “Airbus Defence and Space” şirkətindən C295W hava gəmisini alıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, C295W dünyanın yüksək modifikasiyalı hərbi-nəqliyyat təyyarələrindən sayılır və ilk dəfə 2013-cü ildə ictimaiyyətə təqdim olunub.

Mütəxəssislər bildirir ki, C295W analoqlarından bir çox meyarlarına görə, fərqlənir. Təyyarənin ilk idxalçısı Meksika, ikinci sifarişçisi isə Özbəkistan olub.

Ümumilikdə postsovet məkanında Özbəkistandan başqa Qazaxıstan da Airbus С295 ailəsinə aid hərbi-nəqliyyat təyyarəsinə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş