Özbəkistan Azərbaycanın istehsal etdiyi müdafiə təyinatlı məmulatlara maraq göstərir

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Özbəkistan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

General-mayor Şavkat Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Üçgünlük səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olub.

Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş