Özbəkistan Çindən zərbə PUA-sı alıb

Özbəkistanın Hərbi Hava Qüvvələri Çindən pilotsuz uçuş aparatları (PUA) alıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Wantchinatimes.com nəşri məlumat yayıb.

“Pterodactyl-1” adlı uzaq mənzilli kəşfiyyat-zərbə PUA-sı Çinin Chengdu Aircraft Industry Group zavodunda istehsal edilir.

Öz xarakteristikaları və təyinatına görə, “Pterodactyl-1” Amerikanın “General Atomics” şirkətinin MQ-1 “Predator” PUA-sı ilə müqayisə olunur. 100 at gücündə porşen mühərriklə təchiz olunmuş PUA 200 kq ağırlığında yük daşıma imkanına malikdir. PUA-nın silahlanmasına 50 kq çəkidə idarə olunan bombalar və HJ-10 tank əleyhinə raketlər daxildir.

Qeyd edək ki, bir müddət əvvəl Çin idxal-ixracat şirkətinin – CATIC rəhbərliyinin verdiyi açıqlamalara görə, aparat 4 ölkəyə ixrac olunub. Mərkəzi Asiyanın bir dövləti ilə danışıqlar gedib.

KATEQORIYA:
Bu xəbəri paylaş