“Pəncə-Pələng” əməliyyatında 150-dən çox hədəf zərərsizləşdirilib

“Pəncə-Pələng” əməliyyatında 150-dən çox hədəf zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirdiyi “Pəncə-Qartal” adlı genişmiqyaslı antiterror əməliyyatının ardından “Pəncə-Pələng” əməliyyatı başladılıb.

“AzeriDefence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Pəncə-Pələng” əməliyyatı çərçivəsində terror qruplaşmalarına məxsus sığınacaqlara ağır atəş zərəbələri endirilib.

Türkiyə istehsalı olan T-155 “Fırtına” özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən istifadə edilməklə 150-dən çox hədəfə tam zərbə vurulub.

F-16 döyüş təyyarələrinin və silahlı pilotsuz uçuş aparatlarının (PUA) dəstəklədiyi əməliyyatda T-129 ATAK zərbə helikopterləri hədəfləri atəş altına alıb.

Helikopterlərin uğurlu hava hücumundan sonra komandolar müəyyən edilmiş hədəflərə bir-bir girməyə başlayıblar.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri iyunun 14-dən 15-nə keçən gecə İraqın şimalında PKK terrorçularının zərərsizləşdirilməsi məqsədi ilə “Pəncə-Qartal” əməliyyatına başlayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi bəyan edib ki: “Son zamanlar sərhəd məntəqələrimizə, bazalarımıza artan hücumlarla cəhdləri ilə xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən PKK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təmin edilməsi üçün beynəlxalq hüquqdan irəli gələn özünü müdafiə haqlarımız çərçivəsində “Pəncə-Qartal” əməliyyatına başladıq. Hərbi Hava Qüvvələrinə aid təyyarələr tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində terrorçuların baza olaraq istifadə etdikləri Sincar, Karacak, Qəndil, Zap, Qara, Avaşin Basyan və Hakurkdakı terror yuvaları tək-tək vurulur”.

 

İyunun 15-də İraqın şimalındakı Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan, Gara və Hakurk bölgələrində PKK terror təşkilatının 81 hədəfi aviasiya qüvvələri tərəfindən vurularaq darmadağın edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş