Pakistan 2200 km mənzilə sahib yeni ballistik raketini test edib – VİDEO

Pakistan 2200 kilometr mənzilə malik “Əbabil” (“Ababeel”) ballistik raketinin testlərini keçirib.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

MIRV texnologiyasına (Multiple Independent Re-entry Vehicle/ sərbəst tuşlanan bloklara və ayrılan başlıq hissələrinə malik) əsaslanan raket birdən artıq döyüş başlığını daşımağa qadirdir.

İSPR-in məlumatında bildirilir ki, “Əbabil” raketi nüvə başlığı daşıya bilir və düşmən radarlarına görünmür.

KATEQORIYA:
Bu xəbəri paylaş