Pakistan 2700 km mənzilli raketin sınağını keçirdi
Pakistan martın 9-da uzaq mənzilli ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib.
Bu barədə “AzeriDefence” Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Mərkəzinin (İSPR) saytına istinadən məlumat verib.
Nüvə döyüş başlığı daşıya biləcək “Şahin-3” raketinin mənzili 2.75 min km təşkil edir. Buraxılan raket Ərəb dənizində şərti hədəfi vurub.
KATEQORIYA: Müdafiə