Pakistan 3 hərbi gəmini silahlanmaya daxil edib

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) “Aslat” freqatını, “Azmat” və “Dehshat” gəmilərini silahlanmaya daxil edib. “AzeriDefence” saytının məlumatına görə, raket sistemləri ilə təchiz olunan “Azmat” gəmisi bu ilin aprelində, “F-22P Zulfigar” raket qurğulu “Aslat” freqatı isə 2013-cü ilin aprelində istifadəyə veriləcək.

“PNS 254 Aslat” freqatı isə suya 2011-ci ilin iyununda buraxılmışdı.

Növbəti “PNS/M Dehshat” gəmisi isə Pakistan HDQ-nin silahlanmasına gələn il daxil olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş