Pakistan ASELSAN şirkətindən daha 16 ASELPOD sistemi alır

Pakistan və Türkiyə arasında ASELSAN şirkətinin istehsalı olan daha 16 ASELPOD elektro-optik hədəfləmə sisteminin alğı-satqısına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Savunma ve Teknoloji” saytına istinadən məlumat verib.

Müqavilə çərçivəsində 25 milyon ABŞ dolları dəyərində 16 ədəd ASELPOD Pakistanın JF-17 “Thunder” döyüş təyyarələrinə inteqrasiya olunacaq.

Xatırladaq ki, bundan əvvəl ASELSAN 2016-cı ilin iyununda Pakistana ilk 16 JF-17 “Thunder” təyyarəsinin təchiz edilməsi üçün 25 milyon ABŞ dolları dəyərində 16 ədəd ASELPOD ixrac edib.

Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 240 kioqram uzunluğu 235 sm, eni 43 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.

ASELPOD ehtiyac yarandıqda lazer işıqlandırmasını da həyyata keçirir. Sistem eyni zamanda 8-ə qədər hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir. Maksimum mənzili 55 km olan ASELPOD 25 km-də lazerlə hədəfi işarələyə bilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş