Pakistan Azərbaycana hərbi məhsulların ixracını artırmaq üçün plan hazırlayıb

Pakistanın Müdafiə Sənayesi və Ticarət nazirlikləri Azərbaycana ixracatı 500 milyon dollaradək artırmaq üçün plan hazırlayıb.

“AzeriDefence”nin Pakistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə qərar ticarət naziri Xürrəm Dəstgir və müdafiə sənayesi naziri Rana Tanveerin iştirakı ilə nazirliklərarası işçi qrupunun bu gün keçirilən iclasında qəbul edilib.

İclasda bununla bağlı yol xəritəsinə və atılacaq addımlara baxılıb.

İclasın davamı olaraq noyabrın sonunda Pakistanın ticarət nazirinin rəhbərliyi altında bu ölkənin şirkətlərinin də təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edəcək. Səfər çərçivəsində Pakistan-Azərbaycan Birgə Biznes Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda çıxış edən R. Tanveer Azərbaycanın Pakistanın müdafiə məhsullarına, texnika transferinə meyilli olduğunu ifadə edib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş