Pakistan Azərbaycanla təlim təyyarələrinin də alğı-satqısını müzakirə edir

Pakistan Aeronautical Complex (PAC) yaxın dövrdə 100 ədəd MFİ-395 “Super Mushshak” təlim təyyarəsini ixrac etməyi planlaşdırır.

Bu barədə “AzeriDefence” “Quwa” saytına istinadən məlumat yayıb.

Pakistanın müdafiə sənayesi naziri Rana Tanveer Hüseyn bildirib ki, Nigeriya, Qətər və Türkiyəyə (sonuncuya 52 ədəd “Super Mushshak” satılacaq) satışla bağlı müqavilələr imzalanıb və icra olunur. PAC hazırda Azərbaycan və Maldivlərlə “Super Mushshak” təyyarələrinin satışına dair danışıqlar aparır.

Nazir JF-17 döyüş təyyarəsinin də 2017-ci ildə xarici satışının təmin ediləcəyini açıqlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş