Pakistan bu il JF-17/B təyyarələrinin istehsalına başlayır

Pakistan 2017-ci ildə JF-17/B “Thunder” (Blok III) təyyarələrinin istehsalına başlamağı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Asian Military Review” jurnalına danışan Pakistan Aeronautical Complex (PAC) sədri general Ərşad Malik bildirib.

Ə. Malikin sözlərinə görə, iki yerli JF-17B təyyarəsinin ilk uçuşunun ikinci rübün sonunadək keçirilməsi gözlənilir.

General Malik 2016-cı ildə Pakistan Hava Qüvvələri üçün nəzərdə tutulan 16 ədəd JF-17 təyyarəsinin çatdırıldığını qeyd edib.

General bildirib ki, 2017-ci ildə PAC 14 ədəd tək yerli JF-17 və 50 ədəd JF-17 Blok II istehsal edəcək. İxracatla əlaqədar bu say daha da artırıla bilər.

Qeyd edək ki, JF-17 Blok III variantı Nanjinq Elektron Texnologiyalar Araşdırmaları İnstitutu (Nanjing Research Institute of Electronic Technologies’ (NRIET)) tərəfindən yaradılmış AESA radarı ilə təchiz olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş