Pakistan Çindən LY-80 LOMADS zenit-raket kompleksi alıb
Pakistan Silahlı Qüvvələri Çindən LY-80 LOMADS zenit-raket kompleksi alıb.
Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.
Pakistan Quru Qoşunların Komandanı general-leytenant Qamar Cavid Bajvanın iştirakı ilə LY-80 LOMADS zenit-raket kompleksinin təqdimatı keçirilib.
2014-2015-ci ildə Pakistan Müdafiə Nazirliyi və Çinin “Aerospace Long-March International Trade Co Ltd” (ALIT) dövlət şirkəti arasında 373 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən ALIT şirkəti tərəfindən Pakistan Silahlı Qüvvələri üçün 6 kompleks LY-80 çatdırılması nəzərdə tutulub.
Kompleks 15 metrdən 18000 metrədək yüksəklikdə və 42 km uzaqda olan hədəfləri vurmaq imkanına sahibdir.