Pakistan dəniz aviasiyasının imkanlarını artırır

Pakistan dəniz aviasiyasının imkanlarını artırır

Pakistan Hərbi Dənz Qüvvələri Dəniz Patrul Təyyarələrini və “Luna NG” pilotsuz uçuş aparatlarını silahlanmaya qəbul edib.

“Azeri Defence”nin Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr departamentinə istinadən verdiyi məlumata görə, ATR-76 və ATR-78 markalı sərnişin təyyarəsinin bazasında hazırlanmış 2 ədəd Dəniz Patrul Təyyarəsi dəniz səthinə nəzarət və müşahidə aparmağa imkan verən sensorlarla təchiz edilib.

Pakistan HDQ Qərargahının rəisi, admiral Zəfər Mahmud Abbasi bildirib ki, alınmış sistemlər Pakistan HDQ aviasiyasının əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Almaniyanın EMT şirkətinin istehsalı olan “Luna NG” taktik PUA-nın qanad açıqlığı 5.3 metr, çəkisi 110 kq, əməliyyat radiusu 100 km, maksimum uçuş tavanı 5000 metrdir. Havada 12 saat qalan “Luna NG” elektro-optik və infraqırmızı kameralarla yanaşı SAR radar, SIGINT, ESM və CBRN sensorlarla dəstləşdirilə bilir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş