Pakistan Dəniz Qüvvələri tanker gəmisi üçün Türkiyənin STM şirkətini seçdi

Pakistan Hərbi Dəniz Qüvvələri və Türkiyənin STM şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) arasında tanker gəmisinin (Logistic Support Ship) istehsalına dair müqavilə imzalanıb. Bu barədə “AzeriDefence”yə açıqlamasında STM şirkətinin marketinq və planlama müdiri Gültəkin Turan məlumat verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu günlərdə imzalanmış müqavilənin dəyəri 80 -100 milyon ABŞ dolları civarındadır.

Müqavilə çərçivəsində STM mühəndisləri tərəfindən tanker gəmisinin dizaynı hazırlanacaq. Gəmi Karaçi tərsanəsində ortaq şəkildə inşa olunacaq. Müqavilə üzrə bir tanker gəmisinin tikintisi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş