Pakistan gəmisinin silahı və rabitəsini ASELSAN istehsal edəcək

Türkiyənin ASELSAN şirkəti Pakistan Dəniz Qüvvələri Komandanlığının Dəniz Təchizat Tankeri üçün Uzaqdan Komandalı Sabitləşmiş Top Sistemi və Rabitə Açarlama Sistemi istehsal edəcək.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Türkiyənin STM şirkəti ilə Pakistan Müdafiə Sənayesi Nazirliyi arasında Pakistan Dəniz Qüvvələri ehtiyacının qarşılanması məqsədilə 2013-cü ilin yanvar ayında imzalanan müqavilə çərçivəsində 15600 tonluq, təxminən 155 metr boyunda bir ədəd Dəniz Təchizat Tankeri (Navy Fleet Tanker) inşa olunur. Gəminin inşası əsas podratçı olan STM-in nəzarəti altında “Karachi Shipyard and Engineering Works” tərsanəsində aparılır. Dənizdə təchizat sistemi (RAS / FAS) və helikopterlərin enməsi üçün imkana sahib olacaq tankerin sürəti 20 mil təşkil edəcək.

ASELSAN və STM arasında, inşa edilməkdə olan tankerə ASELSAN tərəfindən qurulacaq sistemlərin təmin edilməsi üçün 4,7 milyon avro məbləğində müqavilə imzalanıb.

Layihə çərçivəsində ASELSAN tərəfindən gəminin müdafiəsi üçün 25 mm STOP silah sistemi və taktik rabitə ehtiyacları üçün Rabitə Açarlama Sistemi qurulacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş