Pakistan “Hatf-II” ballistik raketin sınağını keçirib

Pakistan Silahlı Qüvvələri “Hatf-II” kiçik məsafəli ballistik raketinin müvəffəqiyyətli sınağını keçirib. Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

“Hatf-II” (“Abdali”) 180 kilometr uzaqlığa və yüksək dəqiqliyə malikdir. Raket iki – adi və nüvə döyüş başlıqların daşıya bilir.

«Bu mövcud strateji və taktik imkanlara əlavə olaraq Pakistanın strateji gücünü daha da artıracaq”-deyə məlumatda qeyd olunub.

Sınaqları Pakistan Silahlı Qüvvələrinin Strateji Planlaşdırma Diviziounun direktoru general-leytenant Xalid Əhməd Kidavi, Strateji Qoşunların komandanı, general-leytenant Tariq Nadim Gilani və digəır şəxslər izləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş