Pakistan Hava Qüvvələri “Spada 2000”lərin sayını artırır

Havadan müdafiə sistemlərinin aparıcı istehsalçılarından olan MBDA şirkəti Pakistan Pakistan Hava Qüvvələri (PAF) ilə “Spada 2000” havadan müdafiə sisteminin növbəti partiyasının alqı-satqısına dair müzakirələr aparır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə xarici hərbi nəşrlər məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2007-ci ildə MBDA PAF-dan 500 mln. ABŞ dolları dəyərində sifariş alıb. Bu müqavilə çərçivəsində Pakistana 10 batareya “Spada 2000” kompleksi satılıb. Birinci batareya 2010-cu ilin fevral ayında sifarişçiyə çatdırılıb.

Hazırda PAF ilə əlavə 3 və ya 5 batareyasının satışı barədə müzakirələr davam etdirilir.

“Spada 2000” sistemi 60 km qədər məsafədə hədəfləri aşkar etmək və “Aspide 2000” raketləri ilə onları 25 km məsafədə məhv etmə imkanına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş