Pakistan Hava Qüvvələrinin komandanı Azərbaycana gəlir

Aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 19-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş