Pakistan HDQ ikinci “Yarmook” sinif korveti silahlanmaya qəbul edib

Pakistan HDQ ikinci “Yarmook” sinif korveti silahlanmaya qəbul edib

Pakistan Hərbi Dəniz Qüvvələri “Yarmook” sinif ikinci “PNS Tabuk” korvetini istismara qəbul edib.

“Azeri Defence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, Pakistan və “Damen” şirkəti arasında 2017-ci ildə OPV-1900 patrul gəmisi əsasında dizayn edilmiş iki “Yarmook” sinif korvetin inşasına dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ilk korvet “PNS Yarmook” 2020-ci ilin fevralında Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“PNS Tabuk” korveti 2300 ton su basımına sahibdir. Heyət 138 nəfər olan “PNS Tabuk” korvetinin göyərtəsində helikopterlər üçün enmə meydançası var.

KATEQORIYA:
Bu xəbəri paylaş