Pakistan HDQ üçün ilk MİLGEM korvetinin inşasına başlanıb

Pakistan HDQ üçün ilk MİLGEM korvetinin inşasına başlanıb

Türkiyədə (İstanbul Dəniz Tərsanəsi) Pakistan Hərbi Dəniz Qüvvələri üçün ilk MİLGEM sinif korvetin inşasına (polad gövdələrin birləşdirilməsinə) başlanıb.

Bu barədə “AzeriDefence” Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən məlumat verib.

Pakistan HDQ ilə Türkiyənin ASFAT şirkəti arasında 4 ədəd MİLGEM layihəli korvetin alqı-satqısına və texnologiya transferinə dair imzalanmış müqaviləyə əsasən gəmilərdən ikisi Türkiyədə, ikisi isə Pakistanın KS&EW tərsanəsində inşa ediləcək.

“MİLGEM layhəli korvetlər Pakistan HDQ-nin müasir səth, sualtı və hava hücumundan müdafiə silahları, sensorlar və radioelektron mübarizə sistemi ilə təchiz edilmiş, texnoloji baxımdan ən inkişaf etmiş platformaları olacaq”, – deyə məlumatda bildirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş