Pakistan HDQ yeni aviasiya vasitələri axtarışındadır

Pakistan HDQ yeni aviasiya vasitələri axtarışındadır

Pakistan Hərbi Dəniz Qüvvələri uzun mənzilli dəniz patrul təyyarələri (LRMPA), pilotsuz uçuş aparatları (PUA) və çox sayda helikopter almaq istəyir.

“AzeriDefence”nin “Quwa” hərbi portalına istinadən verdiyi məlumata bunu Pakistan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, admiral Zəfər Mahmud Abbasi deyib.

Admiral bu proqramların hazırkı vəziyyəti və ya gözlənilən satınalma qrafiki barədə əlavə heç bir açıqlama verməyib.

Portalın məlumatına görə, Pakistan HDQ nadir hallarda müqavilə bağlamadan və ya bir layihəyə başlamazdan əvvəl potensial satınalmalar barədə fikir söyləyir. Beləliklə, üç proqramın hamısı bu mərhələdə aktivdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş