Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana səfərə gələcək

Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullah Azərbaycana səfərə gələcək.
“AzeriDefence”nin məlumatına görə, bu barədə “Report” agentliyinə diplomatik mənbələrdən bildirilib.

Məlumata əsasən, Pakistan HDQ komandanı Azərbaycana dekabrın əvvəlində və ya ortalarında gələcək. Hazırda onun səfər proqramı müəyyənləşdirilir.

Səfər zamanı M.Zakaullah bir sıra görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş