Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib

Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullah Azərbaycana səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

Pakistan HDQ komandanı səfəri çərçivəsində Azərbaycanın müdafiə nazirini, general-polkovnik Zakir Həsənov, Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi Şahin Məmmədov və digər aidiyyatı şəxslərlə görüşəcək.

Həmçinin, Məhəmməd Zakaullahın səfər proqramına Azərbaycan HDQ ilə tanışlıq da daxil edilib.

Səfər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş