Pakistan Hərbi Hava Qüvvələri yeni F-16-lar alır

Pakistan ABŞ-dan daha 10 F-16 F-16 C/D döyüş təyyarələri almağı planlaşdırır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ-la Pakistan arasında əldə olunan razılaşmaya əsasən adıçəkilən ölkə rəsmi Vaşinqtondan 699,04 milyon dollar həcmində təyyarə və digər texniki avadanlıqlarını alacaq.

Razılaşma ABŞ Konqresi tərəfindən təsdiq olunub.

 

Xatırladaq ki, hazırda Pakistan Hərbi Hava Qüvvələrinin parkında 33 ədəd F-16A, 25 F-16B, 12 F-16C və 6 ədəd F-16D yer alıb. İlk F-16-lar Pakistan Hərbi Hava Qüvvələrinin silahlanmasına 1980-ci illərdə verilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş