Pakistan HHQ-də JF-17 təyyarələrinin sayı artırılır

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalında 70 ədəd JF-17 “Thunder” döyüş təyyarələri yer alır.

“AzeriDefence” bu barədə Pakistan Milli Mübarizə Müdafiə İstehsal Daimi Komitəsinə (National Assembly Standing Committee on Defense Production) istinadən məlumat verib.

JF-17 “Thunder” döyüş təyyarələrini Pakistanın PAC (Pakistan Aeronautical Complex) və Çinin “Çenqdu” (Chengdu Aircraft Industry Corporation) şirkətləri birgə istehsal edir.

Toplam olaraq Pakistan HHQ 150 ədəd JF-17 təyyarəsini silahlanmaya qəbul etməlidir.

Çoxməqsədli JF-17 “Thunder” döyüş təyyarəsi tək mühərriklidir.

Rusiya istehsalı olan RD-93 mühərriklə təchiz olunan sözügedən təyyarənin uçuş mənzili 1200 kilometrdir.

Qeyd edək ki, JF-17-lər 2020-ci ilə qədər Pakistan HHQ-nin “Dassault Mirage” təyyarələrinin yerini almağı planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş