Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət etib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüş zamanı Azərbaycan və Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Aviasiya marşalı Sohail Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.

KATEQORIYA:
Bu xəbəri paylaş