Pakistan HSK: Azərbaycana istədiyi silahları tədarük edə bilərik

Pakistan HSK: Azərbaycana istədiyi silahları tədarük edə bilərik

Pakistan hərbi sənaye kompleksinə daxil olan dövlət və özəl təşkilatlar Azərbaycanın istədiyi silah, sursat və texniki vasitələri qısa zamanda tədarük edə bilər.

Bu barədə Azeri Defence saytına eksklüziv olaraq Pakistan müdafiə sənayesindən bildirib.

Pakistanın Azərbaycanı bütün platformalarda dəstəklədiyini bildirən müdafiə sənayesi rəsmisinin sözlərinə görə, ötən həftə cəbhədə vəziyyət gərginləşdiyi zaman rəsmi İslamabad rəsmi səviyyədə Azərbaycana öz dəstəyini təklif edib: “Azərbaycana istənilən silah, döyüş sursatları və texnikanı tədarük edə bilərik. Bu həm müəssisələrin istehsalından, həm də təcili olan hallarda ordunun ehtiyatından çıxarılaraq təmin edilə bilər. Azərbaycan Ordusunda bu gün Pakistan istehsalı olan bəzi məhsullar istifadə edilir. Biz Bakıdan istəklərini bildirməsini gözləyirik. Pakistan hərbi sənayesinin məhsullarında xaricə bağımlılıq yoxdur. Bu da istənilən silah və texnikanı heç bir embarqoya məruz qalmadan, qısa zamanda tədarük etməmizə imkan verir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş