Pakistan İsveçdən AWACS təyyarələri alır

Pakistan Silahlı Qüvvələri və İsveçin SAAB şirkəti arasında Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarələrinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin “Quwa” hərbi portalına istinadən verdiyi məlumatna görə, bu barədə Pakistan Hərbi Hava Qüvvələrlərinin (HHQ) qərargah rəisi, marşal Süheyl Aman (Sohail Aman) bildirib.

Müqaviləyə əsasən SAAB şirkəti Pakistan Hərbi Hava Qüvvələrlərini 3 ədəd AWACS təyyarəsi ilə təmin edəcək.

İlk təyyarənin cari ilin dekabrında, digər iki təyyarənin isə 2018-ci ildə sifarişçiyə təhvil verilməsi planlaşdırılıb.

Bununla Pakistan HHQ-nin aviasiya parkında yer alan AWACS təyyarələrinin ümumi sayı 10-a çatdırılacaq.

Qeyd edək ki, təyyarəyə quraşdırılan radar sistemi hərəkət edən və hərəkətsiz yerüstü, dəniz hədəfləri, müxtəlif obyektləri, helikopterləri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsinə imkanı verir.

KATEQORIYA:
Bu xəbəri paylaş