Pakistan JF-17B “Bravo”nu silahlanmaya qəbul edib

Pakistan JF-17B “Bravo”nu silahlanmaya qəbul edib

Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkəti JF-17 təyyarəsinin JF-17B “Bravo” versiyasının ilk partiyasını Hərbi Hava Qüvvələrinə təhvil verib.

Bu barədə “AzeriDefence” Pakistan Hərbi Hava Qüvvələrinə istinadən məlumat verib.

JF-17B “Bravo” təyyarəsinin sələfi JF-17 “Thunder” Block I versiyasından iki yerli olması, təkmilləşdirilmiş avionika və havada yanacaq doldurma imkanı ilə fərqlənir

JF-17B “Bravo” döyüş təyyarəsinin silahlanmaya qəbul edilməsi münasibəti ilə təşkil olunmuş mərasimdə çıxış edən Pakistan Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Mücahid Ənvər Xan PAC və Çin idxal-ixracat şirkətini – CATIC birgə istehsalları üçün təbrik edib.

Bildirilib ki, JF-17B “Bravo” təyyarəsi və ona inteqrasiya olunacaq silah sistemləri Pakistan Hava Qüvvələrinin (PAF) döyüş imkanlarını artıracaq.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş